Bazar , Oktyabr 21 2018
Ana səhifə / İdman / Ronaldoya qarşı daha bir İTTİHAM

Ronaldoya qarşı daha bir İTTİHAM

Portuqaliyalı futbol ulduzu Kriştianu Ronaldonu daha bir nəfər təcavüz iddiası ilə məhkəməyə verməyə hazırlaşır.

Cebhe.info xarici mediaya istinadən xəbər verir ki, adının açıqlanmasını istəməyən ingiltərəli qadın da Ronaldonun ona təcavüz etdiyini bildirib. Qadın deyib ki, 2005-ci ildə Ronaldo ona təcavüz edib.

Polis şikayətlə bağlı araşdırmalara başlayıb. Artıq qadını həmin gün Londondakı oteldən evinə aparan taksi sürücüsü dindirilib. Sürücü “həmin gün Ronaldonun ideal bədən quruluşuna malik olduğunu deyirdi, portuqaliyalı ilə birgə gün keçirdiyindən xoşbəxt idi” deyib.

Qeyd edək ki, “Yuventus”un hücumçusu amerikalı qadına təcavüz etməkdə  ittiham olunur.

Həmçinin oxuyun

“Qəbələ” “Neftçi”ni, “Qarabağ” “Səbail”i uddu

Bu gün Topaz Premyer Liqasında II dövrəyə start verilib. Qaynarinfo xəbər verir ki, UEFA Millətlər Liqasının …