Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İdman / “Roma”nın baş məşqçisi: “Qarabağ”a heç bir güzəşt olmayacaq

“Roma”nın baş məşqçisi: “Qarabağ”a heç bir güzəşt olmayacaq

“Oyunçuların hamısını oynatmağa çalışırıq. Futbolçuların hamısına şans vermək istəyirik. Heyəti rəqibə görə formalaşdırmırıq. Hazır olanı meydana buraxırıq. Mənim “Qarabağ”a, onun tarixinə böyük hörmətim var. Əminliklə deyə bilərəm ki, çox çətin olacaq”.

Bu sözləri “Roma”nın baş məşqçisi Eusebio Di Françesko futbol üzrə Çempionlar Liqasının qrup mərhələsinin II turu çərçivəsində “Qarabağ”a qarşı keçirəcəkləri oyundan əvvəl təşkil edilən mətbuat konfransında deyib.

Baş məşqçi bildirib ki, “Roma”nın texniki cəhətdən “Qarabağ”dan üstünlüyü çoxdur: “Hər bir oyunun nəticəsi bizim üçün əhəmiyyətlidir. Seçdiyimiz siyasət bəllidir: bütün rəqiblərə qarşı sərt və qəddar olmaq. Əsas məqsədimiz qələbə qazanmaqdır. Rəqibə heç bir güzəşt olmayacaq. Heyəti bütöv şəkildə dəyişə bilmərəm. Hansı dəyişikliklərin olacağını da indidən söyləmək düz olmaz”.

Həmçinin oxuyun

Bakıda rüşvət təklifi aldığını iddia edən italiyalı idmançının şikayətinə baxılıb

Dünya Güləş Birliyinin (UWW) İntizam Komitəsi İtaliya güləşçisi Frank Çamizonun Bakıda keçirilən Avropa Olimpiya Təsnifat …