Çərşənbə axşamı , Noyabr 13 2018
Ana səhifə / İdman / Ramil Quliyev qitələrarası dünya çempionatında iştirak edəcək

Ramil Quliyev qitələrarası dünya çempionatında iştirak edəcək

Bu gün azərbaycanlı atlet Ramil Quliyev Çexiyanın Ostrava şəhərində keçiriləcək qitələrarası dünya çempionatında iştirak edəcək.

“Report” xəbər verir ki, 200 metr məsafəyə qaçışda Türkiyə millisinin heyətində dünya və Avropa çempionu olan 28 yaşlı idmançı Avropa qitəsinin heyətində yer alacaq.

Qeyd edək ki, Beynəlxalq Yüngül Atletika Federasiyaları Assosiasiyasının (IAAF) təşkil etdiyi yarışda qitələr mübarizə aparacaq. Qitələrarası dünya çempionatı sentyabrın 8-9-da keçiriləcək.

VIPedu.BIZ

Həmçinin oxuyun

Əfran İsmayılov milliyə qayıtmasından danışdı

“Sumqayıt” klubunun futbolçusu Əfran İsmayılov yığmaya çağırılmasından danışıb. O, Oxu.Az-a açıqlamasında millidən belə bir dəvətin gələcəyini gözlədiyini bildirib: …