Çərşənbə axşamı , Oktyabr 16 2018
Ana səhifə / İdman / Radik İsayev ikiqat Avropa çempionu oldu

Radik İsayev ikiqat Avropa çempionu oldu

Rusiyanın Kazan şəhərində keçirilən taekvondo üzrə Avropa çempionatında Azərbaycan millisi növbəti medalını qazanıb.

Belə ki, 87 kq-dan yuxarı çəkidə çıxış edən Radik İsayev bütün rəqiblərinə qalib gələrək, qızıl medala sahib olub.

Bununla da 28 yaşlı idmançı karyerasında ikinci dəfə Avropa çempionu olub. İsayev ilk dəfə 2014-cü ildə Bakıda keçirilmiş qitə çempionatında bu titula yiyələnib. Onun aktivində dünya və olimpiya çempionluğu da var.

Kazandakı Avropa çempionatında ondan əvvəl Milad Beigi Harçeqani (80 kq) və Patimat Abakarova (49 kq) bürünc medal qazanıblar.

Həmçinin oxuyun

Həbib erməni idmançını darmadağın etdi – Video

Yüngül çəkidə UFC çempionu Həbib Nurməhəmmədovun illər öncə erməni idmançısı Aşot Şahinyanla döyüşünün kadrları yayılıb. …