Çərşənbə , Aprel 24 2024
Ana səhifə / İdman / Qurban Qurbanov millinin heyətini açıqladı: kimlər var?

Qurban Qurbanov millinin heyətini açıqladı: kimlər var?

Millimizin qarşıdakı yoldaşlıq oyunları üçün heyəti açıqlanıb. 
Baş məşqçi Qurban Qurbanov 27 futbolçuya dəvət göndərib. Onlardan 4 nəfəri legionerdi. Baş məşqçi Ufuk Budakı uzun fasilədən sonra milliyə qaytarıb.
Qeyd edək ki, yığmamız mayın 23-dən iyunun 2-dək Bakıda, iyunun 3-dən 6-dək Astanada, iyunun 7-dən 9-dək Riqada təlim-məşq toplanışı, mayın 29-da Qırğızıstan, iyunun 6-da Qazaxıstan, iyunun 9-da Latviya ilə yoldaşlıq oyunu keçirəcək.
Qapıçılar: Kamran Ağayev (“Keşlə”), Anar Nəzirov (“Zirə”), Səlahət Ağayev (“Neftçi”).
Müdafiəçilər: Ürfan Abbasov, Təmkin Xəlilzadə, İlqar Qurbanov (hamısı “Qəbələ”), Maksim Medvedev, Bədavi Hüseynov (hər ikisi “Qarabağ”), Ruslan Abışov (“Neftçi”), Rahil Məmmədov (“Səbail”), Slavik Alxasov (“Keşlə”), Pavel Paşayev (“Aleksandriya”, Ukrayna), Ufuk Budak (“Samsunspor”, Türkiyə).
Yarımmüdafiəçilər: Qara Qarayev, Coşqun Diniyev, Riçard Almeyda (hamısı “Qarabağ”), Namiq Ələsgərov, Rəhman Hacıyev, Emin Mahmudov (hamısı “Neftçi”), Ruslan Qurbanov, Cavid Hüseynov (hər ikisi “Qəbələ”), Cavid İmamverdiyev (“Sumqayıt”), Araz Abdullayev (“Anortosis”, Kipr), Dmitri Nazarov (“Erzgebirge”, Almaniya).
Hücumçular: Ramil Şeydayev, Mahir Mədətov (hər ikisi “Qarabağ”), Amil Yunanov (“Sumqayıt”)

Həmçinin oxuyun

Qurban Qurbanovdan “Beşiktaş”la bağlı AÇIQLAMA

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Qəbələ” ilə oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. O, “Beşiktaş” klubuna …