AFFA-dan Azinforum.az-a verilən məlumata görə, bu barədə qərar AFFA İcraiyyə Komitəsinin iclasında verilib. 45 yaşlı mütəxəssis “Qarabağ”ın baş məşqçisi postunda da işini davam etdirəcək.

Qeyd edək ki, Qurban Qurbanov 2008-ci ildən “Qarabağ”a rəhbərlik edir. O, yığmanın sükanı arxasında xorvatiyalı Robert Prosineçkini əvəzləyib.