Ana səhifə / İdman / “Qarabağ”ın oyununa 10 min bilet satılıb

“Qarabağ”ın oyununa 10 min bilet satılıb

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Qarabağ” – “Kukesi” (Albaniya) matçına bilet satışı davam edir.
Artıq oyuna 10 min bilet satılıb. Bu barədə klubun Feysbuk səhifəsi məlumat yayıb.
Qeyd edək ki, “Qarabağ” – “Kukesi” matçı avqustun 1-də, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Matç saat 21:00-da başlayacaq. Cütün ilk görüşündə 0:0 hesablı heç-heçə qeydə alınıb.
Biletləri aşağıda qeyd olunan satış məntəqələrindən və onlayn olaraq iTicket.az saytından əldə edə biləcəksiniz. Biletləri əldə edərkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır.
Ətraflı məlumatla iticket.az saytından tanış ola bilərsiniz. Biletlərin qiymətləri sektorlara uyğun olaraq 1,2,3,5 və 10 manat arasında dəyişir. VİP biletlər isə 50 manatdır.
Şatış məntəqələri:
T. Bəhramov adına Respublika stadionunun kassaları
Asan Xidmət Mərkəzləri (ASAN 1, ASAN 2, ASAN 3, ASAN 4, ASAN Sumqayıt)
Heydər Əliyev Sarayının kassası 28 Mall
Gənclik Mall
Park Bulvar (Qarabağ FK Fanshop)
M.Rəsulzadə 3 (Azərb. k/t yaxınlığı)
Bül-bül prospekti, Nizami küç. (Nizami k/t yaxınlığı)
Üzeyir Hacıbəyov küç.69x (Hökümət evinin arxası)

Həmçinin oxuyun

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ

“Qarabağ” FK-nın son günlər davamlı hal alan aqressivliyi ilə seçilən futbolçusu Elvin Cəfərquliyev baş məşqçi …