“Qarabağ” Çempionlar Liqasında mübarizəyə qələbə ilə başlayıb

“Qarabağ” komandası futbol üzrə Çempionlar Liqasında mübarizəyə başlayıb.”Report”un məlumatına görə, Azərbaycan təmsilçisi Sloveniya çempionu “Olimpiya” ilə I təsnifat mərhələsinin ilk oyununa çıxıb. Lyublyanadakı “Stojitse” stadionunda baş tutmuş qarşılaşma Ağdam klubunun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Yeganə qolu 79-cu dəqiqədə rəqib qapısı qarşısına ötürmədən sonra Donald Gerrye vurub. 85-ci dəqiqədə isə İssa Abass Bədavi Hüseynova bilərəkdən zərbə endirdiyi üçün qırmızı vərəqə alıb. Uzatma dəqiqələrində isə Qara Qarayev ikinci sarı vərəqəni alaraq, meydandan kənarlaşdırılıb. Bununla belə, sloveniyalıların cəhdləri nəticə verməyib. Beləliklə, səfərdə 1:0 hesablı qələbə qazanan “Qarabağ” iyulun 18-də Bakıda keçiriləcək cavab görüşü üçün böyük üstünlük əldə edib.

Zdrave universal kremi zdrave forte