Ana səhifə / İdman / Orxan Sadıqlı cəzalandı, “Qarabağ” cərimə edildi

Orxan Sadıqlı cəzalandı, “Qarabağ” cərimə edildi

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

“Qafqazinfo” xəbər verir ki, İK Azərbaycan Premyer Liqanın 11-ci turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.

Azərbaycan Premyer Liqasının XI turunun “Neftçi” – “Zirə” matçında “Neftçi” klubunun 4, “Zirə” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 800 manat cərimə olunub.  Oyunun 85-ci dəqiqəsində “Zirə” klubunun məşqiçisi Vəfadar Quliyev texniki zona qaydalarını pozduğuna görə kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 800 manat cərimə olunub.

Azərbaycan Premyer Liqasının XI turunun “Sumqayıt” – “Keşlə” matçının 67-ci dəqiqəsində “Sumqayıt” klubunun qapıçısı Orxan Sadıqlı sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

Azərbaycan Premyer Liqasının XI turunun “Qəbələ” – “Qarabağ” matçının 47-ci dəqiqəsində “Qarabağ” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 800 manat cərimə olunub.

“Qarabağ” klubunun azarkeşlərinin olduğu sektorda oturacaqlar sındırılmışdır. Qəbələ klubunun təqdim edəcəyi hesaba uyğun olaraq stadiona dəymiş ziyan “Qarabağ” klubu tərəfindən ödənilsin.

Həmçinin oxuyun

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ

“Qarabağ” FK-nın son günlər davamlı hal alan aqressivliyi ilə seçilən futbolçusu Elvin Cəfərquliyev baş məşqçi …