Bazar , Sentyabr 23 2018
Ana səhifə / İdman / Nani və Bas Dost “Qarabağ”la oyunu buraxa bilər

Nani və Bas Dost “Qarabağ”la oyunu buraxa bilər

Avropa Liqasının qrup mərhələsinin ilk oyununda “Qarabağ”la qarşılaşacaq “Sportinq” matça ciddi itkilərlə çıxa bilər.

Qol.az-ın “bancada.pt”a istinadən yaydığı xəbərə görə, Lissabon təmsilçisinin aparıcı üzvləri Luiş Nani və Bas Dost zədəlidir. Hər iki hücumçu komandanın son məşqini buraxıb. Zədələrinin bərpa müddəti hələ də davam edən futbolçuların sentyabrın 16-da Portuqaliya kubokunda “Maritimo” ilə keçiriləcək oyunu buraxacaqları dəqiqdir.

Qeyd edək ki, “Sportinq” – “Qarabağ” görüşü sentyabrın 20-i keçiriləcək.

Həmçinin oxuyun

“Qarabağ”-“Arsenal” oyunu:10 min bilet satılıb

Avropa Liqasında “Qarabağ” və İngiltərənin ”Arsenal” komandaları arasında keçiriləcək II tur matçına satılan bilet sayı …