Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / İdman / Millinin yeni baş məşqçisinin adının nə zaman açıqlanacağı məlum oldu

Millinin yeni baş məşqçisinin adının nə zaman açıqlanacağı məlum oldu

“Futbol üzrə Azərbaycan milli komandasına yeni baş məşqçi postuna namizədlərin siyahısı hazırlanacaq”.

Bunu Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) baş katibi Elxan Məmmədov qurumun İcraiyyə Komitəsinin iclasından sonra jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, yeni baş məşqçinin adı İcraiyyə Komitəsinin dekabrın sonu, yanvarın əvvəlində keçirilməsi nəzərdə tutulan toplantısında açıqlana bilər.

E.Məmmədov bildirib ki, indiyə qədər milli komanda üçün bütün şərait yaradılıb: “Təlim-məşq toplanışları keçirilib, uşaq futboluna daha çox diqqət ayırmağa çalışıblar. Dövlət strukturları da kütləviliyin yaranmasına kömək edirlər. Kütləvilikdən keyfiyyətə keçmək milliyə və klublara aiddir. Bu mövsümdə UEFA-dan klublara çox böyük vəsait köçürülüb. Bununla uşaq futbolunu inkişaf etdirmək olar. İki il ərzində gözəl akademiya qurmaq mümkündür”.

Həmçinin oxuyun

Səfiyarlı Rauf Cabarovu günahlandırdı: “Qərəzli cəza idi”

AFFA-nın İntizam Komitəsinin növbəti iclasında diqqətçəkən qərarlardan biri “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı ilə bağlı oldu. …