Şənbə , Aprel 20 2024
Ana səhifə / İdman / Millimizin üzvü Çexiyada iki qol vurdu

Millimizin üzvü Çexiyada iki qol vurdu

Çexiyanın Gənclər Liqasında VIII turun oyunları keçirilib.
Belə ki, Fərid Nəbiyevin çıxış etdiyi “Slaviya”nın U-21 komandası “Çeske” ilə üz-üzə gəlib. Oyun 4:4 hesabı ilə başa çatıb.
U-21 millimizin üzvü meydana strat heyətində çıxıb və dubl edib. Fərid Nəbiyev komandasının 1-ci və 3-cü qollarını vurub.
19 yaşlı futbolçu bu mövsüm vurduğu qollarının sayını 6-a çatdırıb. O, 3 məhsuldar ötürmənin də müəllifidi.

Həmçinin oxuyun

Səfiyarlı Rauf Cabarovu günahlandırdı: “Qərəzli cəza idi”

AFFA-nın İntizam Komitəsinin növbəti iclasında diqqətçəkən qərarlardan biri “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı ilə bağlı oldu. …