Cümə axşamı , Noyabr 15 2018
Ana səhifə / İdman / Millətlər Liqasının ikinci turuna start veriləcək

Millətlər Liqasının ikinci turuna start veriləcək

Sentyabrın 9-da UEFA-nın yeni təsis etdiyi Millətlər Liqasının ikinci turuna start veriləcək.

İkinci turun açılış oyunu “B” liqasının 2-ci qrupunda yer alan Ukrayna və Slovakiya yığmaları arasında baş tutacaq. Görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. İlk turda Andrey Şevçenkonun yetirmələri Çexiya millisini səfərdə 2:1 hesabı ilə məğlub etmişdi. Slovakiya seçməsinin isə UEFA Millətlər Liqasında ilk oyunu olacaq.

Günün ən maraqla gözlənilən matçı “A” liqasında baş tutacaq. Rusiyada keçirilən dünya çempionatının qalibi olan Fransa yığması doğma meydanda Hollandiya komandası ilə üz-üzə gələcək. Qarşılaşma 22:45-də başlayacaq.

“C” liqasının 3-ci qrupunda yer alan Bolqarıstan yığması Norveç seçməsini qəbul edəcək. Qrupun digər oyununda Sloveniya millisi səfərdə Kipr yığmasının qonağı olacaq. Bu qrupun ilk turunda Norveç doğma meydanda Kipr millisini (2:0), Bolqarıstan seçməsi isə Sloveniya yığmasını səfərdə məğlub ediblər (2:1).

Azərbaycan millisini yer aldığı “D” liqasının 4-ci qrupunda Makedoniya yığması Ermənistan seçməsini, Lixtenşteyn millisi isə Cəbəllütariq komandasını qəbul edəcəklər. Bu qrupun ilk turunda Makedoniya yığması Cəbəllütariq seçməsini səfərdə (2:0), Ermənistan isə öz meydanında Lixtenşteyn millisini məğlub ediblər (2:1). Həmin liqanın 1-ci qrupunda Latviya millisi Gürcüstan seçməsinin qonağı olacaq.

“B” liqasının 4-ci qrupunda Danimarka millisi Uels yığmasını qəbul edəcək.

Xatırladaq ki, “D” liqasının 3-cü qrupunda yer alan Azərbaycan millisi sentyabrın 7-də Bakı Olimpiya Stadionunda Kosovo yığması ilə görüşdə qolsuz heç-heçə edib. Azərbaycan seçməsi növbəti oyununu sentyabrın 10-da səfərdə Malta yığmasına qarşı keçirəcək.

VIPedu.BIZ

Həmçinin oxuyun

22 noyabrda “V SENİ CUP TURNİRİ” keçiriləcək

22 noyabr 2018-ci il tarixində Abşeron rayonunda fəaliyyət göstərən Olimpiya Kompleksində “Seni” firmasının dəstəyi ilə, …