Kamran Ağayev “Mlada”nı tərk edir?

Millimizin və “Mlada Boleslav”ın qapıçısı Kamran Ağayevin Çexiya çempionatının 13-cü turunda “Ostrava” ilə səfər matçında qırmızı vərəqə almaqla qalmaqala səbəb olmuşdu.

Azinforum.az Sportal-a istinadən xəbər verir ki, start heyətdə oyuna başlayan Kamran qarşılaşmanın 73-cü dəqiqəsində hakimə yersiz etiraza görə sarı vərəqə ilə cəzalandırılıb. Ağayev bundan iki dəqiqə sonra vaxtı uzatdığı üçün ikinci dəfə xəbərdarlıq alıb və referi tərəfindən meydandan qovulmuşdu.

Kamran intizamsızlığa görə komandanın baş məşqçisi Duşan Uhrinin “qara siyahı”sına düşüb. Çexiya mətbuatı baş məşqçinin Kamran Ağayevi əfv etməyəcəyini qeyd edib.

Heyətə qayıtmayacağı gözlənilən qolkiperin Azərbaycana gələcəyi gözlənilir. Ağayevin “Mlada”dan ayrılaraq Topaz Premyer Liqasında çıxış edən “Keşlə”yə keçəcəyi variantlar arasındadır.

Qeyd edək ki, 31 yaşlı qapıçı yay transfer dönəmində “Boavişta”dan ayrılaraq “Mlada”ya keçmişdi. Onun Boleslav təmsilçisi ilə müqaviləsi mövsümün sonunda başa çatır.

Inline
Inline