Çərşənbə axşamı , Oktyabr 16 2018
Ana səhifə / İdman / Kəmaləddin Heydərovun federasiyasında pul problemi: Məşqçilər ayağa qalxdı

Kəmaləddin Heydərovun federasiyasında pul problemi: Məşqçilər ayağa qalxdı

Azərbaycan Taekvondo Federasiyasında vəziyyət ürəkaçan deyil. Yenicag.az xəbər verir ki, 8 aydır maaş üzü görməyən məşqçilər çıxılmaz vəziyyətdə qalıb. Onlar bu durumdan federasiya prezidenti, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun xəbərsiz olduğunu düşünürlər.
Məşqçilərin iddiasına görə, mövcud duruma biganə yanaşan şəxs federasiyanın vitse-prezidenti Nağı Səfərovdur. Nağı Səfərov hər dəfə məşqçilərə maaş probleminin aradan qaldırılacağı sözünü versə də, bu, əməldə öz təsdiqini tapmır. Şikayətçi məşqçilər Kəmaləddin Heydərovun bu durumdan xəbərdar olmasını, problemin aradan qaldırılmasını xahiş edirlər.

Həmçinin oxuyun

Həbib erməni idmançını darmadağın etdi – Video

Yüngül çəkidə UFC çempionu Həbib Nurməhəmmədovun illər öncə erməni idmançısı Aşot Şahinyanla döyüşünün kadrları yayılıb. …