Cümə , Fevral 22 2019
Ana səhifə / İdman / Jurnalistlər arasında gərgin mübarizə getdi

Jurnalistlər arasında gərgin mübarizə getdi

Formula 1 yarışlarının təşkilatçısı “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti Formula 1 oyunlarının ekstrimini jurnalistlər daha yaxşı hiss etməsi üçün onlar arasında kartinq yarışı təşkil edib.

Tədbiri BŞH-nin marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai açıb. O, belə tədbirlərin tez-tez keçirilməsinin maraqlı olacağını və jurnalistlərin Formula 1-i daha dərindən hiss etmələrinə səbəb olacağını dilə gətirib.

Yarışda 40-dən artıq jurnalist mübarizədə iştirak edib. Gərgin keçən mübarizədə bir neçə jurnalist finiş xəttinə çata bilməyib.

3 jurnalist hər kəsdən tez finiş xəttinə çataraq aralarında ilk üçlüyü müəyyən ediblər.

Mükafatçılara BŞH tərəfindən kubok və qiymətli hədiyyələr təqdim olunub.

Həmçinin oxuyun

Əli polislə bağlı açıqlamasına görə cəzalandırıldı

“Sumqayıt” klubu israilli yarımmüdafiəçi Əli Babayevin Bakıda yol polisini aldatması ilə bağlı açıqlamasına sərt reaksiya …