“Report” xəbər verir ki, XII tur çərçivəsində baş tutan görüşün 89-cu dəqiqəsində qonaqların qapıçısı Tadq Rayan rəqibin zərbəsindən sonra topu tutub. Lakin butslarının ipini bağlamaq üçün topu yerə qoyan qolkiper, təkrar əlinə götürüb. Qapıçının bu davranışı qayda pozuntusu olduğundan, meydan futbolçusu topu dəhal ondan alaraq, sərbəst zərbəyə başlayıb və komanda yoldaşına ötürmə edib. Kit Dalton isə topu qapıdan keçirib.

Ancaq onun qolu “Kabintili”nin məğlubiyyətdən qurtulması üçün yetərli olmayıb. Qarşılşama “Qoluey Yunayted”in 2:1 hesablı qələbəsi ilə başa çatıb.