Şənbə , Aprel 20 2024
Ana səhifə / İdman / “İnter” rəsmən “Keşlə”yə çevrildi

“İnter” rəsmən “Keşlə”yə çevrildi

Futbol üzrə Azərbaycan Premyer Liqasında ad dəyişikliyi rəsmiləşib. 

Peşəkar Futbol Liqasının (PFL) saytında verilmiş məlumata görə, “İnter” Peşəkar İdman Klubu bundan sonra “Keşlə” Peşəkar Futbol Klubu adı altında mübarizə aparacaq. “Keşlə” bununla bağlı bütün sənədləri PFL-ə təqdim edib.

Qeyd edək ki, yeni adla ilk oyun bu gün “İnter Arena”da “Kəpəz”ə qarşı olacaq. Oyun saat 15:00-da başlanacaq.

Həmçinin oxuyun

Səfiyarlı Rauf Cabarovu günahlandırdı: “Qərəzli cəza idi”

AFFA-nın İntizam Komitəsinin növbəti iclasında diqqətçəkən qərarlardan biri “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı ilə bağlı oldu. …