Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İdman / Həbib Nurməhəmmədov azərbaycanlı futbolçuya: “Məni pis vəziyyətdə qoyma”

Həbib Nurməhəmmədov azərbaycanlı futbolçuya: “Məni pis vəziyyətdə qoyma”

Yüngül çəkidə Mütləq Döyüş Çempionu (UFC) Həbib Nurməhəmmədov Rusiyanın “Spartak” klubunda çıxış edən əslən azərbaycanlı futbolçu Ayaz Quliyevə müraciət edib.

“Report” xəbər verir ki, 31 yaşlı döyüşçü şəxsi “Instagram” hesabından 23 yaşlı yarımmüdafiəçinin ona bənzədilməsinə münasibət bildirib.

H. Nurməhhəmədov sosial şəbəkədə “Ayaz, bax, məni pis vəziyyətdə qoyma. Sənə Həbib deyirlər. Ona görə də insanların üzərinə dəmir hasardan və stadiondan tullanma” fikirlərini səsləndirib.

Qeyd edək ki, “Spartak” klubunun azarkeşləri Ayaz Quliyevi komandanın Birləşmiş Ərəb Əmirliklərindəki təlim-məşq toplanışdakı məşqində “Həbib, buraya gəl” deyə səsləyiblər. Moskva təmsilçisi istedadlı oyunçu ilə uzunmüddətli müqavilə imzalayıb.

Həmçinin oxuyun

Bakıda rüşvət təklifi aldığını iddia edən italiyalı idmançının şikayətinə baxılıb

Dünya Güləş Birliyinin (UWW) İntizam Komitəsi İtaliya güləşçisi Frank Çamizonun Bakıda keçirilən Avropa Olimpiya Təsnifat …