Çərşənbə , Noyabr 14 2018
Ana səhifə / İdman / Həbib Nurməhəmmədovla bağlı son qərar veriləcək

Həbib Nurməhəmmədovla bağlı son qərar veriləcək

Mütləq Döyüş Çempionatının (UFC) prezidfenti Deyn Uayt rusiyalı idmançı Həbib Nurməhəmmədovun cəzası ilə bağlı gözlənilənlər haqqında fikir bildirib.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, Uayt  Nurməhəmmədovun Konor Makqreqor ilə keçirilən yarışdan sonra dava salmasına toxunaraq deyib: “Hər şey Nevada Atletizm Komissiyasının əlindədir. Bilmirəm, nə olacaq. Dekabrda bilinəcək. Ümid edirəm edirəm ki, Həbibi 6 aylıq yarışlardan uzaqlaşdıracaqlar”.

O, UFC-nin rusiyalı döyüşçüyə əlavə sanksiyalar tətbiq etməyəcəyini də vurğulayıb.

Xatırladaq ki, Həbib Nurməhəmmədovla Konor Makqreqor arasında döyüşdən sonra zalda dava düşüb. Həbib Konora qalib gələndən sonra irlandiyalının ona söz atan və təhqir edən məşqçilərini vurduğu üçün cərimə olunub. Həm o, həm də Makqreqor müvəqqəti olaraq döyüşlərdən kənarlaşdırılıblar. Nurməhəmmədova döyüşdən qazandığı qonorarın cəmi 50 faizi ödənilib.

VIPedu.BIZ

Həmçinin oxuyun

Orxan Sadıqlı cəzalandı, “Qarabağ” cərimə edildi

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. “Qafqazinfo” xəbər verir ki, İK Azərbaycan Premyer Liqanın …