Bazar ertəsi , Dekabr 17 2018
Ana səhifə / İdman / Güləşçimiz Olimpiadada bürünc medal qazanıb

Güləşçimiz Olimpiadada bürünc medal qazanıb

Argentinanın paytaxtı Buenos Ayresdə təşkil olunan Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında güləşçimiz Şahanə Nəzərova (43 kq) mübarizəyə start verib.
Azərbaycan Güləş Federassiyasından verilən məlumata görə, B qrupunda yer alan Şahanə Olimpiadaya uğurlu start verib.

Nəzərova ilk görüşdə braziliyalı rəqibinə vaxtından əvvəl qalib gəlib. Nigeriyalı güləşçi də təmsilçimizə müqavimət göstərə bilməyib. Ancaq 3-cü görüşdə Şahanə son dünya çempionatının finalında uduzduğu amerikalı güləşçiylə bacarmayıb. Ruhdan düşməyən Nəzərova qrupdakı son qarşılaşmasında fransalı rəqibinə qalib gələrək B qrupunu 2-ci yerdə tamamlayıb. Nəticədə həmyerlimiz bürünc medal uğrunda A qrupunda 2-ci pillədə qərarlaşan Monqolustan təmsilçisi ilə üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən görüşdə minimal hesabla rəqibinə qalib gələn Şahanə Olimpiadanın bürünc medalını qazanıb.

B qrupu
Şahanə Nəzərova – Elena Heloisa Martines (BRA) 11:0
Şahanə Nəzəova – Tolulop Kristina Oqunsanya (NGR) 6:0
Şahanə Nəzərova – Emili Şilson (USA) 2:12
Şahanə Nəzərova – Justin Fanni Viquro (FRA) 3:0

Bürünc medal görüşü – Şahanə Nəzərova – Enxzul Batbaatar (MGL) 7:6

VIPedu.BIZ

Həmçinin oxuyun

“Keşlə”nin prezidenti hakimlərə hücum etdi

Futbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirilən ilk oyundan sonra “Keşlə” …