“Fiat”ın işçilərindən Ronaldunun transferinə etiraz – Foto

İtaliyanın “Fiat” avtomobil konserninin əməkdaşları Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldunun “Yuventus”a transferinə etiraz olaraq tətil elan ediblər.

Oxu.Az xəbər verir ki, işçilər 33 yaşlı hücumçunun İspaniyanın “Real” klubundan alınması üçün ödənilən vəsaitin, eləcə də oyunçunun illik əmək haqqının qəbuledilməz olduğunu düşünürlər.

“İşçilər kəməri bərk-bərk sıxdıqları halda, şirkət bir futbolçu üçün bu cür vəsait ödəyir. Əməkdaşlar az və yubanan maaşlara görə qənaət edir, amma kampaniya milyonlar xərcləyir. Bu, qəbuledilməzdir!”, – deyə onlar bildiriblər.

Qeyd edək ki, “Fiat” “Yuventus”un sahibi olan “Exor” holdinqinə daxildir. Turin klubu Kriştianu Ronaldunun transferi üçün iki il ərzində “Real”a 100 milyon avro ödəyəcək. Dörd illik müqaviləyə qol çəkən futbolçunun illik maaşı isə 30 milyon avro olacaq.

Zdrave universal kremi zdrave forte