Çərşənbə axşamı , Oktyabr 23 2018
Ana səhifə / İdman / Federasiya prezidenti açıqladı: “O, bir daha milliyə çağırılmayacaq”

Federasiya prezidenti açıqladı: “O, bir daha milliyə çağırılmayacaq”

Fransa Futbol Federasiyasının prezidenti Noel Le Qrit, Kərim Benzemanın milli komandaya çağırılıb-çağırılmayacağı haqda açıqlama verib.

Unikal.org xəbər verir ki, Qrit Fransa mətbuatına açıqlamasında Benzemanın bir daha milli komandaya dəvət almayacağını deyib:

“Benzemanın Fransa millisinə seçilmə şansı qalmayıb. Həm də uzun müddətdir ki, yaxşı oyun sərgiləmir. Matyu Valbuena ilə arasındakı söz-söhbətlər hələ bitməyib. Qərar çoxdan verilməli idi”.

Benzema Fransa yığmasında 81 oyun keçirib, 27 qol vurub.

O, Fransa millisinin sabiq üzvü Matyu Valbuenayla yaşadığı münaqişə səbəbindən 2015-ci ildən yığmaya dəvət edilmir.

Həmçinin oxuyun

“Qarabağ” – “Vorskla” oyununu israilli hakimlər idarə edəcək

“Qarabağ” – “Vorskla” oyununun hakimləri açıqlanıb. UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində oktyabrın 25-də, saat …