DÇ-2018:satışların ilk günlərində 356 mindən çox bilet satılıb

2018-ci il futbol üzrə dünya çempionatı matçlarına satışların ilk günlərində növbəlilik əsasında 356 min 700 bilet (nağd ödəniş şərti ilə) satılıb.

Azərtac FIFA-nın mətbuat xidmətinə istinadla xəbər verir ki, bilet satışlarının bu mərhələsi martın 13-də başlanıb. Biletlərin böyük hissəsini Rusiya azarkeşləri alıblar (197 036). Ən fəal bilet alıcıları olan ölkələrin onluğuna ABŞ (14 845), Argentina (14 564), Kolumbiya (13 994), Meksika (13 505), Braziliya (9 691), Peru (9 493), Avstraliya (5 500), Almaniya (5 476), Çin (5 459) və Hindistan (4 166) daxildir.

FIFA azarkeşləri tələbat göstəricilərini (qırmızı, yaşıl, sarı) nəzərə almağa və bununla satışda nə qədər bilet olduğunu yoxlamağa çağırıb. Federasiyada onu da qeyd ediblər ki, “FIFA.com/bilet” dünya çempionatına bilet satışı üzrə yeganə rəsmi saytdır. Digər mənbələrdən alınan biletlər avtomatik ləğv oluna bilər, onların sahiblərinə isə stadiona giriş qadağan ediləcək və kompensasiya ödənilməyəcək.

Xatırladaq ki, 2018-ci il futbol üzrə dünya çempionatı iyunun 14-dən iyulun 15-dək Rusiyada keçiriləcək. Dünya birinciliyi matçları 11 şəhərin – Moskva, Sankt-Peterburq, Samara, Saransk, Rostov, Soçi, Kazan, Kalininqrad, Volqoqrad, Nijni Novqorod və Yekaterinburqun 12 stadionunda keçiriləcək.

Zdrave universal kremi zdrave forte