Ana səhifə / İdman / DÇ-2018-də Rusiyaya ən çox azarkeş hansı ölkələrdən gəlib? – SİYAHI

DÇ-2018-də Rusiyaya ən çox azarkeş hansı ölkələrdən gəlib? – SİYAHI

Bu il Rusiyada keçirilən Futbol üzrə Dünya Çempionatını izləmək üçün gələnlərin statistikası açıqlanıb.

Cebhe.info xarici mətbuata istinadən xəbər verir ki, bu haqda Rusiya Sərhəd Xidməti açıqlama verib.

Verilən məlumata görə, Çindən 53 min, ABŞ-dan 46 min, Meksikadan 41 min insan Rusiyaya qonaq gəlib. Sonrakı yerlərdə Argentina (31 min), Braziliya (27 min), Almaniya və Böyük Britaniya (hər ikisi 25 min), Kolumbiya (23 min), Peru və Fransa (hər ikisi 20 min), Xorvatiya (18 min) qərarlaşıb.

Ümumilikdə, Rusiyaya 633 min əcnəbi vətəndaş azarkeş vəsiqəsi ilə daxil olub. Onların əsas istiqamətləri Moskva və Sankt-Peterburq olub. Ölkəyə gələn əcnəbilərin sayında (5 milyon nəfər) isə ciddi dəyişiklik baş verməyib. Lakin ötənilki göstəricilərlə müqayisədə dünya çempionatında iştirak edən ölkələrin sakinləri kəskin artıb.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin azarkeş pasportu ilə gələnlərə ilin sonunadək ölkədə vizasız qalmaq icazəsi verib.

Həmçinin oxuyun

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ

“Qarabağ” FK-nın son günlər davamlı hal alan aqressivliyi ilə seçilən futbolçusu Elvin Cəfərquliyev baş məşqçi …