AzNews.az xəbər verir ki, turun ilk görüşündə “Qəbələ” doğma meydanda “Zirə”ni qəbul edəcək. Hakim Rauf Cabbarovun idarə edəcəyi görüş saat 17.00-da başlayacaq.

Günün digər qarşılaşmasında isə “Sumqayıt” və “Neftçi” klubları üz-üzə gələcəklər. Oyun saat 18.30-da başlayacaq. “Kapital Bank Arena”da keçiriləcək görüşü İnqilab Məmmədov idarə edəcək.

Turun ikinci gününün ilk qarşılaşmasında “Keşlə” səfərdə “Kəpəz”in qonağı olacaq. Gəncə şəhər stadionunda oynanılacaq görüşün baş hakimi Rəvan Həmzəzadə olacaq. Qarşılaşma saat 15.00-da start götürəcək.

XVI turun sonuncu qarşılaşmasında “Səbail” komandası çempionatın lideri “Qarabağ” ilə qarşılaşacaq. Saat 17.00-da “Bayıl Arena”da başlayacaq görüşü referi Elvin Əsgərov idarə edəcək.

Hazırda turnir cədvəlinə 38 xalla “Qarabağ” komandası başçılıq edir. “Qəbələ” 32 xalla ikinci, “Zirə” 31 xalla üçüncüdür. Aktivində 21 xal olan “Sumqayıt” dördüncü, 19 xal toplayan “Neftçi” isə beşinci yeri tutur. Sonrakı yerlərdə “Səbail” (14 xal), “Keşlə” (9 xal) və “Kəpəz” (7 xal) komandaları qərarlaşıb.