Baş məşqçinin başı dərddə – Sonda üzr istədi

Belarusun paytaxtı Minskdə keçirilən uşaq-futbol turnirində iştirak edən Vətən Futbol Məktəbininin nəzdində fəaliyyət göstərən “Baku City” komandasının düşərgəsində insident baş verməsi barədə məlumat vermişdik.

Məlumata görə, yeniyetmə futbolçularımızın qaldığı oteldə Rəsul adlı uşaq otaqda birlikdə qaldığı Ardanı öz ayaqqabısını öpməyə məcbur edərək videoya çəkib. Daha sonra Rəsul bu videonu komanda yoldaşları arasında yayıb. O cümlədən, Ardanı ələ salmağa başlayıb. Bu hadisələr Minskdə cərəyan edib. Arda ilə səfərə çıxan atası hadisədən xəbər tutar-tutmaz komanda rəhbərliyinə etirazını bildirib. Xoşagəlməz olayla bağlı Ardanın anası – jurnalist Günay Arda öz sosial şəbəkə hesabında olayı qınayaraq, övladının psixoloji durumunda ciddi problemlərin əmələ gəldiyini yazıb. Ötən gün hadisə ilə bağlı hər iki tərəfin və media nümayəndələrinin iştirakı ilə toplantı keçirilib.

Femida.az xəbər verir ki,toplantı sonrası çirkin olayın səbəbkarı olan futbolçu əks tərəfdən üzr istəyib və komandadan qovulub. Belarusda baş verən hadisə ilə bağlı Sportfm.az-a danışan Samir Əbdürrəhmanov bunları deyib:

“İnanırsınız özümə gələ bilmirəm. “Baku City” olaraq Minskdə gözəl oyunlar keçirdik, ancaq təəssüflər olsun ki, belə bir hadisə yaşandı. Olayı duyanda şok oldum. Hər kəsə dedim ki, Bakıya çatar-çatmaz toplantı keçirib, günahkarı cəzalandıracam. Sadəcə bəzi mətbu orqanlarının məsələni araşdırmadan hadisəni mənim adıma yazması çox üzücüdür. Yazıblar ki, “Vətən” futbol məktəbi Minksə yollanıb və hadisəni mən etmişəm, üstəlik uşağı da mən lentə almışam. Axı bu iftiradır. Turnirdə iştirak edən komanda “Baku City” idi. Bir zəng vurub öyrənsinlər. Bu qədər çətindi? Olay isə iki uşaq arasında olub. Günay xanımın üzüntüsünü başa düşürəm. Və ondan bu hadisəyə görə komandamız adından üzr istəyirəm. Toplantını da məhz ona görə keçirdik. İnanıram ki, belə hadisə bir daha təkrarlanmayacaq”.

Femida.az xəbər verir ki, baş vermiş olayla bağlı Vətən Futbol Məktəbininin rəhbərliyi tərəfindən məşqçi Samir Əbdürrəhmanova töhmət verilib.
Qeyd edək ki,məşqçi Samir Əbdürrəhmanov baş verən olaya münasibət bildirərkən Vaqif Sadıqovun bacısı oğlu olduğunu və ona heç kəsin bir söz deyə bilməyəcəyini bildirmişdi. Məsələ mətbuatda geniş müzakirəyə çıxarıldıqdan sonra rəhbərlik səviyyəsində baş vermiş hadisəyə münasibət bildirildi.

“Vətən” sosial futbol məktəbi Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən “Vətən” Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin bazasında yaradılıb.

“Vətən”in prezidenti Mustafa Həsənovdur. Sözügedən məktəb Təhsil Nazirliyi tərəfindən maliyyələşir və illik büdcəsi iki milyon manata bərabərdir.

Zdrave universal kremi zdrave forte