Azinforum.az Qafqazinfo-ya istinadən xəbər verir ki, siyahıda Azərbaycandan üç məşqçi, Azərbaycan millisi və “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov, “Zirə”nin baş məşqçisi Ayxan Abbasov və “Qəbələ”nin ukraynalı çalışdırıcısı Roman Qriqorçuk da yer alıb.

Qurban Qurbanov – 1169 xalla 472-ci

Ayxan Abbasov (“Zirə”) – 217 xalla 972-ci

Roman Qriqorçuk (“Qəbələ”) – 255 xalla 926-cı

Beləliklə də Qurbanov 11, Abbasov 10, Qriqorçuk isə ötən reytinq cədvəli ilə müqayisədə 5 pillə irəliləyib.

Qeyd edək ki, cədvələ “Real”ın baş məşqçisi Zinəddin Zidan başçılıq edir. Onu “Barselona”nın çalışdırıcısı Ernesto Valverde və “Qremio”nun baş məşqçisi Renato Qauço izləyir.