Bu barədə Tass-a “Formula 1” Bakı mərhələsinin promouteri Arif Rəhimov deyib:

“Yaxın 3 ay ərzində, Azərbaycan Qran Prisindən sonra biz Formula 1 rəhbərliyinə müqavilənin müddətinin daha 5 il, yəni 2025-ci ilə kimi uzadıb-uzadılmayacağı ilə bağlı qərarımızı açıqlamalıyıq. Hər kəs anlayır ki, hazırki müqavilə qəbuledilməzdir. Ümid edirəm, “F-1″in hazırki rəhbərliyi də bunu anlayır. Təbii ki, söhbət kommersiya şərtləri, sponsor haqları və bizim ödədiyimiz xərclərdən gedir. ” – Arif Rəhimov belə qeyd edib.