Cümə axşamı , Mart 28 2024
Ana səhifə / İdman / Azərbaycan basketbolçuları yarışı boykot etdilər (VİDEO)

Azərbaycan basketbolçuları yarışı boykot etdilər (VİDEO)

Bu gün Azərbaycan Texniki Universitetinin idman zalında basketbol üzrə ölkə çempionatının ikinci turunun oyunları başlamalı idi. Saat 11:00-da meydançaya ilk oyunda üz-üzə gələcək komandalar – “80-lər” və ADNSU çıxdılar. Lakin oyunun başlaması üçün hakimin fiti səslənəndən dərhal sonra komandalar meydançanı tərk etdilər. 

Virtualaz.org bildirir ki, buna səbəb milli çempionatda iştirak edən basketbolçuların Azərbaycan Basketbol Federasiyasının rəhbərliyi dəyişənə qədər yarışları boykot etmək qərarıdır. Federasiyanın rəhbəri Nadir Nəsibovdur. 

Nadir Nəsibov və Arvidas Sabonis
Ölkənin aparıcı klublarından biri olan NTD-nin prezidenti Bəhram Abdinov deyir ki, Azərbaycan basketbolu olduqca aşağı səviyyədədir və nəhayət ki, nəyisə dəyişməyin vaxtı çatıb.
“Azərbaycanın yığma komandaları rəsmi yarışlarda iştirak etmirlər. Azərbaycan çempionatı tənəzzüldədir. Sponsorlar federasiya rəhbərliyinin üzündən köməkdən imtina edirlər. Nadir Nəsibova nə qədər hörmətim olsa da, getmək vaxtıdır. Federasiyaya 20 il rəhbərlik etmək çox böyük müddətdir. Köklü dəyişikliklər lazımdır. Biz Gənclər və İdman Nazirliyindən və Milli Olimpiya Komitəsindən məsələyə müdaxilə etməyi və basketbol federasiyasının rəhbərliyinin dəyişdirilməsi məsələsi ilə məşğul olmağı xahiş edirik”, – B.Abdinov bildirib.
Onun bu fikirlərini Azərbaycanın digər məşhur basketbol klubu olan AzTOP-un prezidenti Bəbir Əhmədov da dəstəkləyib.


Həmçinin oxuyun

Azərbaycan millisinin üzvləri böyük məbləğdə mükafatdan məhrum oldular

Azərbaycan milli komandasının bu gün Bolqarıstanla keçirilən matçı üçün futbolçulara böyük məbləğdə pul mükafatı vəd …