Cümə , Dekabr 14 2018
Ana səhifə / İdman / Azərbaycan millisi Qazaxıstanda böyük hesabla məğlubiyyətə uğradı

Azərbaycan millisi Qazaxıstanda böyük hesabla məğlubiyyətə uğradı

Futbol üzrə Azərbaycan milli komandası bu gün növbəti yoldaşlıq görüşünü keçirib. Yığma səfərdə Qazaxıstanla üz-üzə gəlib. 

“Astana Arena”da baş tutan qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Roman Murtazayev 12-ci dəqiqədə hesabı açıb. Bu qoldan iki dəqiqə sonra Serikjan Mujikov fərqi iki topa çatdırıb. Baxtiyor Zaynutdinov 90-cı dəqiqədə fərqlənməklə oyunda son nöqtəni qoyub.

Qeyd edək ki, Azərbaycan yığması iyunun 9-u növbəti yoxlama matçında səfərdə Latviya millisi ilə qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

VIPedu.BIZ

Həmçinin oxuyun

Ağasəlim Mircavadov: Daha çox PRO kateqoriyası olan məşqçilərə üstünlük verəcəyik

AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadovun Oxu.Az saytına müsahibəsi – Bu gün ölkə başçısı İlham Əliyev tərəfindən …