Çərşənbə , Sentyabr 26 2018
Ana səhifə / İdman / Azərbaycan cüdoçusu Avropa çempionatında qızıl medal qazandı

Azərbaycan cüdoçusu Avropa çempionatında qızıl medal qazandı

Azərbaycan cüdoçuları Bolqarıstanın paytaxtı Sofiyada gənclərin Avropa birinciliyinin ilk günündə 4 medal qazanıblar. 
Azərbaycan Cüdo Federasiyası xəbər verir ki, 60 kq çəki dərəcəsində Tofiq Məmmədov bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
O, Moldova, Gürcüstan, Fransa və Rusiya idmançılarını məğlub edərək Avropa çempionu olub.
55 kq çəki dərəcəsində çıxış edən Rövşən Əliyev birinciliyin gümüş medalına yiyələnib. Balabəy Ağayev (55 kq) və Şəfəq Həmidova (44 kq) isə bürünc medala sahib olublar.
Qeyd edək ki, 42 ölkədən 405 (217 kişi, 188 qadın) cüdoçunun qüvvəsini sınadığı Avropa çempionatında Azərbaycan millisi 14 (10 kişi, 4 qadın) cüdoçu ilə təmsil olunur.

Həmçinin oxuyun

Azərbaycanlı pəhləvanlar Rusiyanı heyran qoydular – VİDEO

Rusiyanın Birinci kanalının efirində yayımlanan talant şousu “Я могу!”nun (Mən bacararam) budəfəki iştirakçıları azərbaycanlı pəhləvanlar …