Cümə axşamı , Noyabr 15 2018
Ana səhifə / İdman / Avropa Liqası:”Qəbələ” və “Keşlə” ilk görüşdə uduzdu

Avropa Liqası:”Qəbələ” və “Keşlə” ilk görüşdə uduzdu

Azərbaycanın “Qəbələ” və “Keşlə” klubları Avropa Liqasına məğlubiyyətlə başlayıblar.

Hər iki komanda I təsnifat mərhələsində ilk görüşdəcə uduzaraq, növbəti mərhələ şanslarını çətinləşdirib.

“Qəbələ” öz meydanında Lüksemburq “Proqres”inə yenilib – 0:2.

Hər iki qol fasilədən sonra vurulub. Mayron de Almeyda 51-ci dəqiqədə hesabı açıb. Olivye Till isə bundan 10 dəqiqə sonra penaltini dəqiq yerinə yetirib.

“Keşlə” isə Maltada “Baltsan”la qarşılaşmada darmadağın olub – 1:4.

Hesabı 12-ci dəqiqədə Alfred Effionq açıb. 21-ci dəqiqədə Leklao fərqi artırıb. 29-cu dəqiqədə Sezar Meza Kolli penaltidən fərqi azaltsa da, 34-cü dəqiqədə Boyan Kalyeviç “Baltsan”ın üçüncü qolunu vurub. Oyunda son nöqtəni isə 55-ci dəqiqədə Kadu qoyub/Report.

VIPedu.BIZ

Həmçinin oxuyun

Orxan Sadıqlı cəzalandı, “Qarabağ” cərimə edildi

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. “Qafqazinfo” xəbər verir ki, İK Azərbaycan Premyer Liqanın …