Şənbə , Oktyabr 20 2018
Ana səhifə / İdman / Arda Turan təcili evlənmək qərarı verdi – SƏBƏB

Arda Turan təcili evlənmək qərarı verdi – SƏBƏB

Arda Turanın Aslıhan Doğana qəfil evlilik təklifi etməsinin səbəbi üzə çıxıb. 

Lent.az “habertürk”ə istinadən xəbər verir ki, Aslıhan Doğanın hamilə olması məlum olub. Bu səbəbdən də cütlük 15 gün içində nişanlanmağa qərar verib. Artıq Arda Turan dostu Saffet Ulusoyun doğum günü məclisində sevgilisinə 500 min lirə dəyəri olan nişan üzüyü uzadaraq ona evlilik təklif edib.

Bu günədək iki dəfə ayrılıb barışan cütlüyün nişan mərasimi Çırağan sarayında keçiriləcək. Onların nişandan sonrakı həftə Marmarisdə toy edəcəkləri bildirilir.

Qeyd edək ki, bir neçə gün əvvəl Arda Turan sosial şəbəkədə fotosunu paylaşaraq üzərinə “evli, mutlu, çocuklu” sözlərini yazmışdı.

Həmçinin oxuyun

“Spartak” azərbaycanlı futbolçunu 1 milyona transfer edir

Moskva “Spartak”ı Ayaz Quliyevi geri qaytarmaq istəyir. Bu ilin yayında 500 min avroya “Rostov”a satdığı azərbaycanlı futbolçu …