Şənbə , Aprel 20 2024
Ana səhifə / İdman / Arda Turan müğənninin arvadına sataşıb? – Açıqlama

Arda Turan müğənninin arvadına sataşıb? – Açıqlama

“Başakşehir” klubunun futbolçusu Arda Turan tanınmış müğənni Berkay Şahinin həyat yoldaşına sataşması barədə yayılan xəbərlərə münasibət bildirib.

Teleqraf.com xəbər ki, Arda davanın namus üstündə olmadığını bildirib: “Dava namus üstə deyil. Yayılan xəbərlər yalandır”.

Qeyd edək ki, ifaçının həyat yoldaşı Özləm Ada Şahin məsələ ilə bağlı deyib: “Arda Turan qoluma toxundu, əyilərək qulağıma “Evli olmasam səni qaçırardım. Çox gözəl qızsan” dedi. Mən də “özünə gəl” dedim. Bunu Berkay gördü və Ardanın qulağına “İndi arvadımı göndərirəm. Kişi kimi danışarıq” dedi. Berkay məni evə göndərmək istədi. Başını çevirəndə Arda yumruq atdı. Hadisə anidən oldu. Berkay onu vurmadı”.

Berkayın burnu qırılıb və onu xəstəxanaya aparıblar. Arda isə silahla xəstəxanaya gəlib. O, müğənninin otağına gələrək deyib:

“Onun sənin həyat yoldaşın olduğunu bilmirdim. Öldür məni, çox peşmanam. Mən çox böyük öküzlük etmişəm. Üzr istəyirəm”.

Həmçinin oxuyun

Səfiyarlı Rauf Cabarovu günahlandırdı: “Qərəzli cəza idi”

AFFA-nın İntizam Komitəsinin növbəti iclasında diqqətçəkən qərarlardan biri “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı ilə bağlı oldu. …