Azinforum.az Qol.az-a istinadən xəbər verir ki, bu haqda Mahaçqala klubunun rəsmi saytı xəbər yayıb. Gənc yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, müqavilə ilə Moskva “Spartak”ına məxsus olan Quliyev son iki mövsümü “Anji”də keçirib. Dağıstan klubunun heyətində 22 oyun keçirib, 1 qol vuran yarımmüdafiəçinin yenidən paytaxt təmsilçisinə qayıdacağı istisna olunmur.

Xatırladaq ki, A. Quliyev əsas millimizə namizəd futbolçulardandır. Qurban Qurbanov gənc yarımmüdafiəçini diqqətdə saxladığını və yaxşı çıxış edəcəyi halda milliyə çağıra biləcəyini bildirib.