Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / İdman / 22 noyabrda “V SENİ CUP TURNİRİ” keçiriləcək

22 noyabrda “V SENİ CUP TURNİRİ” keçiriləcək

22 noyabr 2018-ci il tarixində Abşeron rayonunda fəaliyyət göstərən Olimpiya Kompleksində “Seni” firmasının dəstəyi ilə, Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi və Azərbaycan Boccia İdman Federasiyasının təşkilatçılığı ilə Boccia idman növü üzrə “V SENİ CUP TURNİRİ” keçiriləcək.
BOCCİA idman növü Milli Paralimpiya Komitəsi Seni kompaniyasının bilavasitə dəstəyi ilə artıq 5 ildir ki, ölkəmizdə təbliğ olunur. Seni firmasının dəstəyi ilə 06 dekabr 2014-cü il tarixdə birinci, 18 dekabr 2015-ci il tarixdə ikinci, 14 dekabr 2016-cı ildə üçüncü və 24 noyabr 2017-ci ildə dördüncü “SENİ CUP” turnirləri keçirilmişdir.
Bu ilki “SENİ CUP” turnirində Ukraynadan və respublikanın müxtəlif regionlarından ümumilikdə yetmişədək idmançı mübarizəyə qatılacaq və 5 kateqoriya üzrə yarışlar keçiriləcək.
Qeyd edək ki, Heydər Əliyev fondunun vitse prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə cari ilin mart ayında Azərbaycan Boccia Federasiyası yaradılmış, Vüqar Əsgərov vitse prezident, İlham Məhərrəmov isə baş katib vəzifələrinə seçilmişlər.

Azinforum.az

Həmçinin oxuyun

Qurban Qurbanovdan “Beşiktaş”la bağlı AÇIQLAMA

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Qəbələ” ilə oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. O, “Beşiktaş” klubuna …