Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / İdman / Əfran İsmayılov milliyə qayıtmasından danışdı

Əfran İsmayılov milliyə qayıtmasından danışdı

“Sumqayıt” klubunun futbolçusu Əfran İsmayılov yığmaya çağırılmasından danışıb.

O, Oxu.Az-a açıqlamasında millidən belə bir dəvətin gələcəyini gözlədiyini bildirib:

“Millidən dəvət gözləyirdim. Sevindirici haldır ki, yenidən milli komandaya çağırıldım. Mən də millidə maksimum etməyə çalışacağam ki, komandaya kömək edim.

Bizi ağır oyunlar gözləyir. İlk növbədə Farer Adaları ilə oyunları düşünürük. Bildiyiniz kimi, bu komanda Kosovodan xal ala bilib. Baxmayaraq, orda onları 3:0 məğlub etdik, ancaq biz onların necə çətin rəqib olduqlarını gördük.

Bu matçda qalib gəlib Kosovoya yaxşı əhval-ruhiyyədə getməyə çalışacağıq. Bilirik ki, bu matçlar milli üçün həlledicidir. Ona görə də son gücümüzü də meydanda qoymağa hazırıq”.

Qeyd edək ki, Əfran İsmayılov sonuncu dəfə milliyə 2018-ci ilin yanvarında çağırılıb. O, Antalya təlim-məşq toplanışı zamanı Moldova millisi ilə yoldaşlıq görüşündə meydanda olub.

Həmçinin oxuyun

Güləşçilərimiz turnirdə 10 medal qazanıblar

Güləş üzrə Azərbaycan millisi Türkiyənin Antalya şəhərində keçirilən “Çempionlar” turnirini 10 medalla başa vurub. Azərbaycan …