24 İyun 2017, Şənbə

Həmsədrlər Ermənistanı Azərbaycan əsgərinin meyitini qaytarmağa çağırıb

09:48 | 10.01.2017
415 dəfə oxundu

Dağlıq Qarabağ münaqişəsi üzrə ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistanı ötən ilin dekabrında Ermənistan-Azərbaycan sərhədində insident zamanı həlak olmuş azərbaycanlı hərbçinin meyitini dərhal vətəninə qaytarmağa çağırıb.

Bu barədə Rusiya, Fransa və Amerika Birləşmiş Ştatları həmsədrlərinin bəyanatında deyilir.

İqor Popov, Stefan Viskonti və Riçard Hoqlandın birgə bəyanatında deyilir: “Həmsədrlər 2010-cu ildə Həştərxan görüşündə əldə olunan razılaşmaya uyğun olaraq həlak olan hərbçinin qalıqlarını vətəninə qaytarmağa çağırırıq. Biz tərəfləri qarşılıqlı ittihamlara son qoymağa və yerlərdə vəziyyətin sabitləşdirilməsi üçün bütün zəruri tədbirləri görməyə çağırırıq”.