Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Gündəm / Xocalı tədbirində icra başçısı üçün çətir tutan şəxsin kimliyi məlum oldu-FOTO

Xocalı tədbirində icra başçısı üçün çətir tutan şəxsin kimliyi məlum oldu-FOTO

Bir neçə gündür ki, Xocalı soyqırımının 26-cı ildönümü münasibətilə Qazax rayonunda keçirilən tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun başı üzərində çətir tutdurması ilə bağlı hadisə sosial şəbəkə istifadəçiləri və KİV-lərin tənqid  obyektinə çevrilib. Bəzi KİV-lər icra başçısının başının  üstündə çətir tutan şəxsin onun mühafizəçisi olduğu qeyd edilir. Ancaq Azinforum.az saytının apardığı araşdırmadan sonra məlum olub ki, icra başçısına bu “nəcib”  jesti edən şəxsin özü də dövlət qulluqcusudur və birbaşa Rəcəb Babaşovun rəhbərliyi altında çalışır.  Məlum olub ki, çətiri tutan  şəxs Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin  müdiri Vəliyev Adil Seyfəddin oğludur.

Hüseyn,

Azinforum.az

Həmçinin oxuyun

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəsissəsini bazara çevirib

Son illər Penitensiar Xidmət sahəsində bəlli dəyişikliklərin şahidi olmaqdayıq. Müasir cəzaçəkmə müəssisələrinin tikiilərək istifadəyə verilməsi, …