Ana səhifə / Gündəm / Vidadi Zeynalovun azadlığa çıxması xəbəri həqiqəti əks etdirmir – Qohumu təkzib edir

Vidadi Zeynalovun azadlığa çıxması xəbəri həqiqəti əks etdirmir – Qohumu təkzib edir

Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş aparat rəhbəri Vidadi Zeynalovun azadlığa çıxması ilə bağlı yayılan xəbər həqiqəti əks etdirmir. Azinforum.az bu məlumatı Vidadi Zeynalovun adının çəkilməsini istəməyən yaxın qohumu ilə dəqiqləşdirib.  Azinforum.az bildirir ki,  Vidadi Zeynalovun  cəza çəkdiyi cəzaçəkmə müəssisəsinin yerləşdiyi ərazi üzrə məhkəməyə müraciət etməklə vaxtından əvvəl şərti olaraq azadlığa çıxması ilə bağlı xəbəri bizimyol.info saytı yayıb.

Qeyd edək ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Aparatının keçmiş rəhbəri Vidadi Zeynalov 2015-ci ilin noyabr ayının 13-də həbs edib. 2017-ci il iyulun 27-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə barəsində 13 il müddətinə azadlıqdan məhrumetmə cəzası seçilən V.Zeynalov qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat pul vəsaitinin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsinin təşkilində təqsirləndirilirdi.
Daha sonra V. Zeynalov apelyasiya şikayəti vermiş və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 13 il azadlıqdan məhrum edilən keçmiş Aparat rəhbərinin cəzası 4 ilə endirilmişdi.

Çinarə,

Azinforum.az

Həmçinin oxuyun

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəsissəsini bazara çevirib

Son illər Penitensiar Xidmət sahəsində bəlli dəyişikliklərin şahidi olmaqdayıq. Müasir cəzaçəkmə müəssisələrinin tikiilərək istifadəyə verilməsi, …