Şənbə , Aprel 20 2024
Ana səhifə / Gündəm / Tanınmış jurnalistin döydüyü hamilə həyat yoldaşının – FOTOLARI

Tanınmış jurnalistin döydüyü hamilə həyat yoldaşının – FOTOLARI

Tanınmış jurnalist Anar Gəraylının hamilə həyat yoldaşı Pərvanə Qurbanlını küçənin ortasında döyməsi barədə məlumat vermişdik.Azinforum.az Minval.info-ya istinadən xəbər verir ki, ölkənin aparıcı saytlarından birində işləmiş media nümayəndəsi bundan öncə də həyat yoldaşına fiziki zorakılıq edib. Belə ki, Gəraylının spirtli içki asılılığı olduğundan belə davranışlara yol verdiyi bildirilir. Lakin Pərvanə Qurbanlı onu sevdiyindən bütün bunlara qatlanıb və Anarın müalicəsi üçün əlindən gələni edib. Gəraylı isə həyat yoldaşına məhəl qoymayıb. Nəticədə isə bıçaq sümüyə dirənib.

Image result for anar gəraylı
Anar Gəraylı

Pərvanə Qurbanlının zorakılığa məruz qalması gündəm mövzusuna çevrilib. Sosial şəbəkələrdə insanlar Anarın bu hərəkətini şiddətlə qınayırlar. Eyni zamanda Qurbanlıya dəstək olduqlarını nümayiş etdirirlər.

Zorakılığa məruz qalan Pərvanə xanım hadisədən sonra sosial media hesabında bunları qeyd edib:

“Tanıdığım, tanımadığım dəstək verən hər kəsə çox təşəkkür edirəm. Tək olmadığımı bilmək mənə indiki halda, aldığım fiziki və mənəvi travmalardan sonra xeyli kömək etdi. Haqlı olaraq “niyə indiyə kimi dözmüsən” sualı verənlər var, olacaq. Bəzən asan olmur ailədən, sevgi kimi müqəddəs hissdən keçmək. Amma o da bir yerdə tükənə bilir. Əlimdən gələni etdim ona kömək etmək üçün, həkimə də göndərdim, hətta dəfələrlə normal insanlar kimi bitirməyi də təklif etmişəm. Hamısı faydasız oldu. Kəllə-beyin travması almışam, amma xəstəxanada deyiləm, evdəyəm. Narahat olmayın. Bir daha təşəkkür edirəm. Var olun!”

Məlumata görə, Anar Gəraylı törətdiyi hadisədən sonra məsuliyyətdən yaxa qurtara bilib. Belə ki, onu bu gün Bakının mərkəzi küçələrindən birində gəzərkən görüblər.

Minval.info Pərvanə Qurbanlının bu yaxınlarda və daha əvvəl həyat yoldaşının ona qarşı göstərdiyi fiziki zorakılığın izlərini özündə əks etdirən fotolar əldə edib.

Məsələni diqqətdə saxlayacağıq və hüquq müstəvisində olmaqla yanaşı, psixoloji tərəfini araşdıracağıq.

Həmin görüntüləri təqdim edirik:

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …