Ana səhifə / Gündəm / “Quska” saxlanılaraq Azərbaycana gətirildi – Şok

“Quska” saxlanılaraq Azərbaycana gətirildi – Şok

Azinforum.az xəbər verir ki,  bəzi elektron KİV-lərdə və sosial şəbəkələrdə “Quska” ləqəbli  Hüseyn Abdullayevin  xarici ölkələrdən birində saxlanılaraq Azərbaycana gətirildiyi və hüquq-mühafizə orqanlarına təhvil verildiyi barədə məlumatlar yayılıb. Qeyd edək ki,  Hüseyn Abdullayev bir neçə iliydi ki, siyasi mühacir statusu ilə Almaniyaya sığınmışdı. Həmin  müddət ərzində “Quska” hakimiyyətə qarşı sərt mövqe sərgiləyirdi, hətta  bəzi iddialara görə, onun xaricdən Azərbaycana yağdırılan virtual söyüş projesinin başında durduğu və həmin adamları maliyyələşdirdiyi  qeyd edilirdi. Hələlik rəsmi qurumlar “Quska”nın həbsi ilə bağlı heç bir məlumat açıqlamır. Aktiv sosial şəbəkə istifadəçisi olan Hüseyn Abdullayevə məxsus olab Feysbuk profili isə hazırda bağlıdır və bu faktor onun həbs edilməsi ilə bağlı yayılan informasiyanı inandırıcı edir.

Rövşən ƏLİ,

Azinforum.az

Həmçinin oxuyun

Ermənilər Qazaxla sərhəddən getmək istəmirlər – VİDEO

Azadlıq Radiosu Qazaxla sərhəddə yerləşən erməni kəndindən (Vosgepar) reportaj hazırlayıb.  Reportajda yerli erməni sakinlər yaranmış …