Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Gündəm / Qaradağın qara bəxti: 5 ildir başçıdır, kimsənin üzünü güldürmədi…

Qaradağın qara bəxti: 5 ildir başçıdır, kimsənin üzünü güldürmədi…

Qaradağın icra başçısı Süleyman Mikayılovla bağlı yeni хəbər yayılıb. Adı son dövrlərdə müхtəlif qalmaqallarda hallanan icra başçısı saхta diplom işində ittiham olunur.

2010-cu ildən Qaradağ rayonuna rəhbərlik edən Süleyman Mikayılovun 1984-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu, 2004-cü ildə – yəni 42 yaşında isə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirməsi qeyd olunub.

Amma başqa mənbələr bu diplomun saхta olduğunu iddia edib. Onunla bağlı yayılan məlumatlarda bildirilir ki, Süleyman Mikayılov 2001-ci ildə Dərbənddə fəaliyyət göstərən ali məktəblərdən birinə pulla daхil olub və orda adı getsə də, özü məktəbin üzünü heç vaхt görməyib.

Həmçinin qeyd olunur ki, Qaradağın icra başçısı sonradan müəyyən yollarla Bakı Dövlət Universitetinin diplomunu əldə edib. İddia olunur ki, icra başçısı bu faktı ört-basdır etmək üçün əlindən gələni edir. Hətta onun bu detalı gizlətməkdən ötrü yaxın ətrafına tapşırıqlar verdiyi bildirilir.

***

Sənaye baxımından çox böyük potensiala malik olan Qaradağ rayonunda acınacaqlı durum yaranıb. Süleyman Mikayılovun xüsusi qanunları ilə idarə olunan rayonda ciddi sosial-siyasi problemlər hökm sürür.

Məlumatlara əsasən, icra başçısı Qaradağı xüsusi mülkiyyəti kimi idarə edir. Burada ən böyük sahibkar, iş adamı elə Süleyman Mikayılovun özüdür. Təsadüfi deyil ki, yerli iş adamları hər zaman rayonda yaranan gərgin atmosferdən şikayətçi olublar.

Süleyman Mikayılov tərəfindən daima təzyiqlərlə üzləşən sahibkarlar icra başçısının “fonduna” vəsait ödəməkdən müflis olublar.

Qaradağda hər hansı kiçik abadlıq işləri aparılan kimi iş adamlarının “qara günləri” başlayır. Güzdək, Qızıldaş qəsəbələrində və Qızıl Qaya adlanan ərazidə yerləşən 100-dən artıq daş karxanasının sahibi problemlə üzləşir.

2012-ci ildən daş karxanaları icra başçısına haqq ödəyir. İcra başçısına ödəniləcək məbləğ artıq 10 000 manatdan 30 000 manata qaldırılıb.

Bundan imtina edən sahibkarlara isə süni əngəllər yaradılmağa başlayıb. Sahibkarların böyük hissəsi bu haqqı ödəməyə razı olub.

****

Rayonda inşa olunan qanunsuz tikililər isə icra başçısının əlavə gəlir mənbəyidir. Qaradağda 50 mindən çox qanunsuz tikili var. Bunlardan yığılan vəsait milyonlarla ölçülür. Ev tikmək istəyənlərdən 5-10 min manat arasında rüşvət toplanır.

Ümumilikdə qanunsuz tikililərdən toplanan vəsaitin 200 milyon manatdan çox olduğu bildirilir. Toplanan pullar isə bilavasitə başçının “büdcəsinə” daxil olur.

Büdcədən ayrılan vəsait isə naməlum təşkilatlara köçürülərək mənimsənilir. Rayon büdcəsi milyonlarla ölçülsə də, onun hara xərclənməsi sakinlərə bəlli deyil.

S.Mikayılov rayon rəhbərliyinə gəlir mənbəyi kimi baxır. Ona məxsus olmayanlar qalmamalı, sökülməli və dağıdılmalıdır. Süleyman Mikayılovun rayona rəhbərlik etdiyi müddətdə Lökbatan qəsəbəsi sosial cəhətdən iflic vəziyyətə düşüb.

Süleyman Mikayılov iş adamlarına məxsus obyektləri sökərək onların yerində özünə obyekt tikdirir. Təkcə Lökbatan qəsəbəsində belə üsulla 5 obyekt tikilib. O hətta özü üçün tikdirdiyi obyektin açılışını dövlət səviyyəsində edib.

İcra başçısı Lökbatan qəsəbəsindəki bazarı qanunsuz olaraq özəlləşdirməklə 4 milyon 800 min manat mənimsəyib. Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən kolxoz bazarı Mikayılovun göstərişi ilə ələ keçirilib.

****

Süleyman Mikayılov rayon ərazisində inşa olunan fərdi evlərin hər birinin ilk mərtəbəsindən müvafiq olaraq 3000 manat, ikinci mərtəbəsinə görə isə 5000 manat pul alır.

Bu günlərdə isə daha bir xəbər yayılıb. Növbəti dəyişiklik yerdəyişmə ilə yox, ümumiyyətlə, vəzifədən uzaqlaşdırma ilə yadda qalacaq. Son aylar ciddi hadisələrdə adı hallanan iki icra başçısına isə cinayət işi qaldırıla bilər.

Belə ki, gözləmə mövqeyində olan Binəqədi və Qaradağ rayon icra başçıları məlum təhlükədən qaçmaq üçün yollar axtarsalar da, ortaya qoyulan konkret faktlar qarşısında aciz qalıblar. Hər başçının tabeliyində olan rayonda kifayət qədər ciddi hadisələr baş verib ki, bu hadisələrin hələ də istintaqı aparılır. Qaradağdakı yaşayış binasındakı kütləvi zəhərlənmə, Binəqədidəki bir neçə uşaq ölümü ilə yaddan qalan yanğın hadisəsi sözügedən icra başçıların fəaliyyətsiz olmasını göstərən bariz nümünədir.

Hələ rayon ərazisində satılan torpaq sahələrini, korrupsiya halları da var. Məlumatda qeyd olunur ki, Qaradağın icra başçısı Süleyman Mikayılovun “Qaradağ” şadlıq sarayını çox ucuz qiymətə satışa çıxarıb.

***

Başqa bir fakt. Bakı sakini Ramin Aslanov mətbuata açıqlamasında dələduzluğun qurbanı olub. Ramin Aslanov deyir ki, həmin ildə o Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində fərdi yaşayış evi tikmək üçün 12 sot torpaq sahəsi alıb.

Həmin ərazidə ev inşa etmək üçün Qaradağ rayon İcra hakimiyyətindən sərəncam almaq qərarına gəlib. Amma bu sərəncam ona baha başa gəlib. O həmin sərəncamı almaq üçün aldadılıb.

Ramin Aslanov deyir ki, o bu barədə tanışı, Qaradağ rayon İcra hakimiyyətinin başçısı Süleyman Mikayılovun qardaşı Bağır Mikayılovla danışıb. Bağır Mikayılov ona bu işdə kömək edəcəyinə söz verib və bildirib ki, bunun üçün 10 min manat lazımdır. Ramin Aslanov onunla razılaşıb və bu pulu ona hissə-hissə ödəyəcəyini deyib.

Şikayətçi deyib ki, Bağır Mikayılov bu adla ondan 2200 manat alıb. Pulu isə ondan ayrı-ayrı ərazidə alıb: “Bağır mənə dedi ki, həmin pulun bir hissəsini ödə, sənə sərəncam alım. Mən də razılaşdım. 2014-cü ilin may ayında Lökbatanda ona 200 manat verdim. Bir neçə gün sonra Bağır Mənə zəng vurub yenidən pul istədi.

Daha 600 manat Bakının Səbael rayonu ərazisində, “İçərişəhər” metrostansiyasının yaxınlığında görüşüb ona verdim. Səhəri gün Nərimanov rayonu ərazisində Bağırla yenidən görüşdük və ona 400 manat verdim.

Bir həftə sonra isə Bağır mənə zəng vurub dedi ki, guya 1000 manat da verməliyəm ki, sərəncam verilsin. Bu pulu da tapıb verdim və mənə bildirdi ki, yaxın günlərdə sərəncam hazır olacaq.

Ümumilikdə Bağır Mikayılova 2 min 200 manat vermişəm. Amma, ondan sonra nə sərəncam verildi, nə də Bağır Mikayılov pulu qaytardı. Hər dəfə zəng vuranda məni bir bəhanə ilə yola verdi”. Ramin Aslanov artıq bir ildir ki, Bağır Mikayılovdan pulu ala bilmir.

***

Onu da demək yerinə düşər ki, icra başçılarının ənənəvi hesabatları blefdir. Qaradağ rayonunda da 2015-ci ilin hesabatı bu sarıdan fərqlənməyib. Ancaq Süleyman Mikayılov bir çox icra başçılarından fərqli bir ssenari seçib.

Qaradağda keçirilən bütün hesabat yığıncaqlarında icra başçısı yalnız ölkə səviyyəsində məlumatlarla çıxış edir. Rayon haqda məlumatları isə adətən birinci müavini məruzə edir.

Onun çıxışından kiçik bir hissəyə diqqət edək: “Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının bu ilin cari dövründə də rayonumuza səfəri baş tutmuşdur. Belə ki, iyun ayının 25-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, cənab Prezident İlham Əliyev iştirakı ilə Puta qəsəbəsində Hərbi Dəniz Qüvvələrinin yeni bazası və “N” saylı hərbi hissəsinin açılış mərasimi baş tutdu”.

Hər iki obyektin tikilməsi və istifadəsi birbaşa Müdafiə Nazirliyinə aiddir. İcra başçısının bunu rayonun uğuru kimi təqdim etməsi isə ucuz blefdən başqa bir şey deyil.

Ötən altı ayın rəsmi yekunlarına əsasən rayon üzrə sənaye məhsulunun ümumi həcmi 309 milyon manat olub. İqtisadiyyatın aparıcı sahəsini təşkil edən neft və qaz sənayesi müəssisələrində 304,9 min ton xam neft və 563,4 milyon kub metr təbii qaz hasil olunmuşdur.

Rayon üzrə 1 milyon ton sement istehsal edilmişdir. Hesabat dövründə rabitə xidmətlərinin həcmi 1,1 milyon manat təşkil edib.

***

Rəqəmlər ortadadır və adi riyazi biliyə malik şəxs də rayondakı gerçək durum haqda təsəvvürə sahib ola bilər. Başqa sözlə bütün sahələr üzrə geriləmə faktının qarşısında iqtisadi inkişafdan danışmaq gülüncdür.

Eyni zamanda apardığımız araşdırmalar göstərir ki, Süleyman Mikayılovun rayona rəhbərlik etdiyi müddətdə Qaradağ sosial-iqtisadi cəhətdən iflic vəziyyətə düşüb.

Süleyman Mikayılov yalnız iş adamlarına məxsus obyektləri sökərək onların yerində özünə obyekt tikdirir. Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən kolxoz bazarı Mikayılovun göstərişi ilə ələ keçirilib.

Lökbatan qəsəbəsindəki real durum haqda danışmazdan öncə onu bildirək ki, sözügedən qəsəbə rayonun icra başçısı Süleyman Mikayılov üçün xüsusi önəmə malikdir.

Amma bu önəm qəsəbənin sosial-iqtisadi inkişafından daha çox icra başçısının biznesinin inkişafı ilə bağlıdır. Araşdırmalar göstərir ki, Süleyman Mikayılovun rayona rəhbərlik etdiyi müddətdə Lökbatan qəsəbəsi sosai cəhətdən iflic vəziyyətə düşüb.

Qəsəbədaxili və qəsəbəarası yollar dağıdılıb, uzun müddət təmir olunmadığı üçün gediş-gəliş çətinləşib. Rayonu mərkəzini qəsəbələrlə birləşdirən yollar tam yararsız vəziyyətdədir.

Süleyman Mikayılov yalnız iş adamlarına məxsus obyektləri sökərək onların yerində özünə obyekt tikdirir. Rayon büdcəsi milyonlarla ölçülsə də, onun hara xərclənməsi sakinlərə bəlli deyil. Görülən işlər isə, sıfra bərabərdir.

Həmçinin oxuyun

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəsissəsini bazara çevirib

Son illər Penitensiar Xidmət sahəsində bəlli dəyişikliklərin şahidi olmaqdayıq. Müasir cəzaçəkmə müəssisələrinin tikiilərək istifadəyə verilməsi, …

Bir cavab yazın