Cümə , Aprel 19 2024
Ana səhifə / Gündəm / Milli Qəhrəmanlar və Aprel döyüşçüləri Şirvanda gənclərlə görüşdü – FOTO

Milli Qəhrəmanlar və Aprel döyüşçüləri Şirvanda gənclərlə görüşdü – FOTO

Aprelin 16-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyi Şirvan şəhərində gənclərlə geniş tərkibdə görüş keçirib. Görüşdə Azərbaycan Respublikasının Milli Qəhrəmanları: Zabit Quliyev və Vahid Quliyev, Aprel döyüşlərinin iştitarkçısı olan zabitlər iştirak edib. Döyüş yolu keçmiş qəhrəmanlar gənclər qarşısında milli -mənəvi dəyərlərin qorunmasının vacibliyindən, ölkəmizin ərazi bütövlüyü uğrunda hansı şücaətlərin göstərdildiyi barədə əhatəli çıxışlar ediblər. Tədbirdə Milli Qəhrəmanları Tanıtma İctimai Birliyini qurumun sədri Elşən Uluxanlı və İB-nin Lacın rayon təşkilatının sədri Ədalət Kəlbalıyev təmsil edib. İctimai Birlikdən verilən məlumata görə, onlar bu profilli tədbirləri Respublikanın digər rayon və şəhərlərində də keçirməyi palanlaşdırırlar.

Çinarə SEYİDOVA,
Azinforum.az

Həmçinin oxuyun

Nazir Vilayət Eyvazov sağ  Milli Qəhrəmanların hər birinə orden və 5 min pul verdi-Zakir Həsənov isə onların heç üzünü görməyib…

Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı DİN-nin əməkdaşları olmuş  Azərbaycanın Milli Qəhrəmanları:  Məmmədov …