Cümə , Aprel 19 2024
Ana səhifə / Gündəm / Məşhur iş adamı üç saytı 100 min cərimələtdi- Məhkəmə qərarı

Məşhur iş adamı üç saytı 100 min cərimələtdi- Məhkəmə qərarı

Azinforum.az xəbər verir ki,  Bakı şəhər Nizami rayon məhkəməsində hakim Fikrət Mirzəyevin sədrliyi ilə tanınmış azərbaycanlı iş adamı Fizuli Məmmədovun (Frenk Elkapone)  bir sıra Azərbaycan KİV lərinə qarşı iddası üzrə məhkəmə iclası keçirilib. Məhkəmədə Fizuli Məmmədovun hüquqlarını nümayəndəsi, tanınmış vəkil Abbas Kərimbəyli müdafiə edib.

İddianın predmeti 20 fevral 2018 ci il tarixində Modern.az internet nəşrində gedən ‘’Elkaponi Rəsul Quliyevlə və Hüseyn Abdullayevlə nəyi müzakirə edib?’’ adlı məqalə olub.  Füzuli Məmmədovun şəxsi bloqunda yayılan məlumatda bildirilir ki, məqalənin predmeti  güya Fizuli Məmmədovun Azərbaycanda keçiriləcək qarşıdakı prezident seçkiləri ərəfəsində həmin anda Almaniyada olan Milli Məclisin keçmiş millət vəkili, siyasətlə məşğul olan bəstəkar Hüseyn Abdullayev və Amerikada yaşayan Milli Məclisin eks spikeri Rəsul Quliyevlə  seçkilərə dair öz planlarını müzakirə etməsi ilə bağlı olub: ” Bundan daha əvvəl isə  – 31 oktyabr və 2 noyabr 2017 ci il tarixlərində Fia.az, Avrasiya.net və Qlobal.az saytları yenə də heç bir məlumat mənbəyinə istinad etmədən və heç bir dəlil göstərmədən Azərbaycandakı 2018 ci il prezident seçkilərində iştirak etməklə bağlı Fizuli Məmmədovun planları haqqında yazmışdılar.

Halbuki, həqiqətdə Fizuli Məmmədovun Azərbaycandakı prezident seçkiləri ilə bağlı heç bir planı mövcud olmayıb. Fizuli müəllim buna qədər bir neçə dəfə bəyan etmişdi ki, Azərbaycan Prezidenti seçkilərində iştirakla bağlı planı yoxdur və heç vaxt da olmayıb.

Həm də cənab Məmmədovun Azərbaycan Prezidenti seçkilərində iştirakla üçün heç hüquqi əsası da yoxdur, çünki o Azərbaycan vətəndaşı deyil və 30 ildir ki, Rusiyada və İtaliyada yaşayır.  Azərbaycan Konstitusiyasının 100 cü maddəsinə görə yalnız Azərbaycan vətəndaşları ölkə prezidenti seçilə bilərlər.

Bundan əlavə Fizuli müəllimin Hüseyn Abdullayev və Rəsul Quliyevlə heç bir əlaqəsi yoxdur. Lakin nə üçünsə, Fizuli Məmmədov haqqında bu məqalələri yazmaqla məkrli məqsədlər güdən yuxarıdakı saytların jurnalistləri belə tutarlı faktlarla heç maraqlanmayıblar.

Ətraflı məhkəmə araşdırmalarından sonra Nizami rayon məhkəməsi müəyyən etdi ki, Modern.az, Fia.az, Korrupsiya.az, Avrasiya.net  və Hakimiyyet.az saytlarında dərc olunan məqələlərin məzmunu həqiqəti əks etdirmir və böhtan xarakteri daşıyır. Məhkəmə müəyyən etdi ki, bu məqalələr Fizuli Məmmədovun şərəf və ləyaqətinə toxunmaqla, ona həm mənəvi ziyan vurmuş, həm də onun işgüzar nüfuzuna xələl yetirmişdir. Bu səbəbdən də adları çəkilən Azərbaycan KİV ləri məhkəmənin qərarı ilə təqsirli hesab edilmiş, Fizuli Məmmədov haqqında yalan məlumatlar yaydıqlarına görə cərimə edilmişlər.

Eyni zamanda iddiaçının vəkilinin bəyanatına görə Fizuli Məmmədov haqqında böhtan xarakterli məqalələrdə verilən məlumatların həqiqəti əks etdirmədiyinə dair könüllü şəkildə təkzib yazıları yazdıqlarına və üzr istədiklərinə görə görə Hakimiyyet.az və korrupsiya.az saytları cavabdehlər siyahısından çıxarılıb.

Lakin, Modern.az, Fia.az və Avrasiya.net saytları könüllü təkzib verməkdən imtina etmişdilər, indisə məhkəmənin qərarı ilə Fizuli Məmmədov haqqında böhtan xarakterli yazılar yazdıqlarına görə təkzib verməyə məcburdurlar.  Bundan əlavə bu internet resursları məhkəmənin qərarı ilə 100 min manat məbləğində cərimə olunublar. Lakin, iddaçı Fizuli Məmmədovun xahişi ilə cavabdehlər bu məbləği aşağı sosial təminatlı ailələrə, uşaq evlərinə və Azərbaycanda digər xeyriyyə məqsədlərinə ödəyəcəklər”.

Azinforum.az xəbər verir ki, məhkəmənin qərarı ilə cərimələnən saytlardan olan Avrasiya.net-in baş redaktoru Cavid Şahverdiyev çıxarılan qərarla qətiyyən razılaşmır. Onun sözlərinə görə,  dünəndən telefonları susmur, zəng edənlər iş adamı Füzuli Məmmədovun Avrasiya.net-i 100 min manat cərimələnməsinin nəticəsinin necə olacağını soruşurlar: “Sən demə Nizami rayon məhkəməsinin qərarı ilə Avrasiya.net daxil olmaqla daha iki sayt cərimələnib”

C.Şahverdiyev rəhbərlik etdiyi saytın cərimələnməsi səbəbinin F.Məmmədovun növbədənkənar prezident seçkilərində iştirak etmək istəməsi xəbərinin yayımı olduğunu deyib:

“Məhkəmə nə zaman keçirilib xəbərimiz olmayıb, cavabdeh kimi məhkəmədə iştirakımızla bağlı heç bir bildiriş də almamışıq. F.Məmmədovun seçkilərdə iştirak etməsi ilə bağlı xəbərə gəlincə, bu xəbər Azərbaycanın bütün saytlarında ictimailəşdirilib və hətta biznesmen “Feysbuk” sosial şəbəkəsindəki səhifəsində “Azərbaycandakı prezident seçkilərində siz öz səsinizi kimə verəcəksiniz” sualı ilə onlayn-səsvermə keçirib. Bir də seçkidə iştirak etmək istəyən şəxslə bağlı verilən xəbər nə zamandan onun şərəf və ləyaqətinin təhqir olunması hesab oluna bilər? İştirakımız olmadan məhkəmənin belə bir qərar qəbul etməsi də maraqlı və müəmmalıdır”.

Hüseyn,

Azinforum.az

Həmçinin oxuyun

Nazir Vilayət Eyvazov sağ  Milli Qəhrəmanların hər birinə orden və 5 min pul verdi-Zakir Həsənov isə onların heç üzünü görməyib…

Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı DİN-nin əməkdaşları olmuş  Azərbaycanın Milli Qəhrəmanları:  Məmmədov …