Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Gündəm / Məcburi köçkünlərə ev tikmək üçün 200 milyon ayrılıb – “Qaçqınkom”un sifarişi 26,8 milyon azaldıldı

Məcburi köçkünlərə ev tikmək üçün 200 milyon ayrılıb – “Qaçqınkom”un sifarişi 26,8 milyon azaldıldı

Bu il məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsinin detalları məlum olub.

BakuPost-un məlumatına görə, bu, Hesablama Palatasının Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2019-cu il büdcəsinin layihəsi ilə bağlı Rəyində əksini tapıb.

Bu tədbirlər üzrə sifarişçi təşkilat Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu (MKSİF) təyin edilib.

Rəydə qeyd edilib ki, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət komitəsi tərəfindən verilən rəsmi məktuba əsasən, 2019-cu il ildə məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi üçün 226,8 milyon manat vəsaitin ayrılması üçün sifariş edilib. Bununla bağlı verilmiş təklifləri nəzərə alaraq, bu məbləğin həcminin 200 milyon manata qədər endirilməsi təklif edilib.

2019-cu ildə 200 milyon manat vəsaitin aşağıdakı istiqamətlər üzrə ayrılması nəzərdə tutulur:

– Davam etdirilən tədbirlər: Bakının Qaradağ, Abşeron, Pirallahı və Sabunçu rayonları, habelə respublikanın Beyləqan, Tərtər və Füzuli rayonlarındaümumilikdə 4116 ailə üçün qəsəbə və məhəllələrin tikintisinin davam etdirilməsi və tamamlanması üzrə 23.1 milyon manat;

– Yeni tədbirlər: Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları ilə təsdiq olunmuş dövlət proqramlarına əsasən maliyyələşdirilməsinə başlanması nəzərdə tutulan tədbirlərə, o cümlədən Bakı, Sumqayıt və Şirvan şəhərlərində, Ağcabədi, Ağdaş, Kürdəmir, Ucar, Göygöl və Göyçay rayonlarında ümumilikdə 4933 ailə üçün məhəllə və qəsəbələrin tikintisi üzrə 176.9 milyon manat.

Həmçinin oxuyun

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəsissəsini bazara çevirib

Son illər Penitensiar Xidmət sahəsində bəlli dəyişikliklərin şahidi olmaqdayıq. Müasir cəzaçəkmə müəssisələrinin tikiilərək istifadəyə verilməsi, …