Ana səhifə / Gündəm / Keşlə sakinlərindən “Azəravtoyol”un “Babək” prospektindəki yenidənqurma işlərinə irad – VİDEO

Keşlə sakinlərindən “Azəravtoyol”un “Babək” prospektindəki yenidənqurma işlərinə irad – VİDEO

Bakının Nizami rayonu, Keşlə qəsəbəsi,  “Avromed” dərman firmasının mərkəzi ofisinin yerləşdiyi məhəllənin sakinləri Azinforum.az İnformasiya Portalına müraciət edərək, “Babək” prospektində aparılan yenidənqurma işləri ilə bağlı  “Azəravtoyol” ASC-dən bəzi vacib nyuansları nəzərə almağı xahiş ediblər. Sakinlər bildirilər ki, aparılan təmir işlərindən hiss olunur ki, bundan sonra, “Babək” prospekti ilə şəhərin mərkəzi tərəfindən 8 km istiqamətində hərəkət edən maşınların Keşlə qəsəbəsinin  böyük hissəsini əhatə edən, minlərlə insanın yaşadığı məhəlləsinə giriş mümkün olmayacaq. Sakinlər bildirirlər ki, əvvəl onlar həmin ərazidə olan “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yanından geriyə dönməklə məhəlləyə girə bilirdilər.  Şikayətçilərin sözlərinə görə, aparılan təmirlər işlərindən  məlum olur ki,  bundan sonra onlar şəhərin  mərkəz hissəsindən  gələndə yaşadıqları məhəlləyə girmək üçün, gedib  2 km qabaqda , “NZS” qəsəbəsindəki “Arzu” şadlıq sarayının yanından dönüb, geri qayıtmalıdırlar. Qəsəbə sakinləri xahiş edir ki,  yolun təmiri ilə məşğul olan qurum və məsələyə cavabdehlik daşıyan strukturlar  məhəlləyə dönmək üçün nəzərdə tutulan əvvəlki  yeri olduğu kimi saxlamaqda onlara köməklik göstərsinlər.   Azinforum.az-ın reportyor qrupunun deyilən ərazidən hazırladığı videoreportajı təqdim edirik.

Hüseyn Hüseynov,

Azinforum.az

Həmçinin oxuyun

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəsissəsini bazara çevirib

Son illər Penitensiar Xidmət sahəsində bəlli dəyişikliklərin şahidi olmaqdayıq. Müasir cəzaçəkmə müəssisələrinin tikiilərək istifadəyə verilməsi, …