Məlum olduğu kimi, iki gün əvvəl Prezident yeni hökumətin tərkibini təsdiqlədi. Ancaq bir sıra dövlət qurumlarının rəhbərləri ilə bağlı isə hələ də, qeyri-müəyyənlik davam edir. Bunlardan biri də Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovdur. Son iki gündə onunla bağlı çeşidli məlumatlar yayılıb. Bəziləri Kərəm Həsənovun hansısa başqa bir quruma rəhbər gedəcəyini, digərləri isə ümumiyyətlə vəzifə ilə vidalaşacağını proqnozlaşdırırdı. Azinforum.az-ın əldə etdiyi məlumat görə, bu gün saat 16-00-dan başlayaraq , Kərəm Həsənovun yaxın ətrafı bir-birini təbrik etməyə başlayıb. Onlar Kərəm Həsənovun əvvəlki vəzifəsinə təsdiqləndiyini bildirirlər. Bir sözlə, hazırda Kərəm Həsənovun yaxınları arasında əsl bayram atmosferi yaşanır. Onunla bağlı rəsmi sərəncamın yaxın saatlarda elan ediləcəyi gözlənilir.
Əmlak Məsələləri Dövlət Komitəsinindən isə bu məsələni şərh etmək istəmədilər.
Azinforum.az