Cümə , Aprel 19 2024
Ana səhifə / Gündəm / İş adamları daşınmaz əmlaklarını satışa çıxarıb

İş adamları daşınmaz əmlaklarını satışa çıxarıb

Beynəlxalq Bankın sabiq sədri Cahangir Hacıyevin istefaya getməsi ətrafında yaranan suallar yavaş-yavaş öz cavabını tapmaqdadır. Son günlər bir-birinin ardınca yüksək rütbəli məmurlara bağlılığı ilə tanınan iş adamlarının həbsi ölkə gündəminin əsas müzakirə mövzusuna çevrilib. Məlum olduğu kimi, Avropa Oyunlarının başlamasına sayılı günlər qaldığı bir vaxtda cəmiyyətdə əsas mövzu da məhz oyunlara aparılan hazırlıq işləri idi. Hətta Avropa Oyunları həyəcanı parlament seçkilərini də unutdurmuşdu. İndi isə cəmiyyətin əsas diqqəti iş adamlarının həbsinə yönəlib. Bu prosesin Beynəlxalq Banka olan kredit borclarına görə aparıldığı iddia olunur. Onlardan bəziləri “Bandotdel”də dindiriləndən sonra buraxılsa da, bir neçəsi ilə bağlı həbs-qətimkan tədbiri seçilib. Bildirilir ki, ümumilikdə Beynəlxalq Bankdan sayı ictimaiyyətə açıqlanmayan xeyli sahibkar 6 milyard manata yaxın kredit götürüb. Lakin sonradan həmin kreditlərin qaytarılmasını kifayət qədər gecikdiriblər.
Analitik.az-a daxil olan məlumata görə, istintaqa cəlb edilən və kredit borcunu ödəyən sahibkarlar həbs edilmirlər. Borcu ödəməyənlər isə həbs olunur, əmlakları siyahıya alınır. “Oliqarxgeyt” işinin bir neçə ay davam edəcəyi haqda məlumatlar da var. İqtisadçı-ekspert Rəşad Həsənovdeyir ki, Azərbaycan Beynəlxalq Bankı dövlət bankı sayılır və bu bankın kapitalının 50 faizindən çoxu hökumətə məxsus olduğu üçün vəsaitlər ictimai xarakterlidir:“Yəni bu pular xalq vəsaitləri sayılır. Bu vəsaitlərin səmərəsiz istifadə olunması, qeyri-şəffaf idarə ediməsi, vəsaitlərin korrupsiya predmetinə çevrilməsi və yaxud da hansısa formada mənimsənilməsi əslində ictimai vəsaitlərə eyni adlı davranışların ortaya qoyulması deməkdir. Bu o deməkdir ki, Azərbaycan vətəndaşına məxsus vəsaitlər bu cür sərf olunub. Təbii ki bu istiqamətdə atılıan addımlar gec olsa belə müsbət addımlardır.”

R.Həsənovun sözlərinə görə, Beynəlxalq Banklın fəaliyyəti ilə bağlı 10 ildir ki, ciddi ictimai müzakirələr gedirdi: “Bu bankın özəlləşdirilməsi və fəaliyyətinin şəffaflaşdırılması istiqamətində, eləcə də bankın kredit siyasəti və vəsaitlərə yanaşma ilə bağlı ciddi müzakirələr gedirdi. Lakin buna zamanında düzgün qiymət verilmədi və bu kimi halların qarşısının alınması istiqamətində addımlar atılmadı. Sonradan düşünürəm ki, hansısa formada ölkədə neftlə bağlı yaranmış böhranın və ya digər səbəbdən bank məsələsi qabardılaraq, üzə çıxarıldı və sonda da bankın sədri işdən azad edildi. Bundan sonra isə bankın fəaliyyətinin geniş araşıdırlmasına başlandı və nəticədə isə hazırki hadisələr baş verdi.”
Ekspert  hesab edir ki, bu gün biznes adamlarının həbsi cəmiyyətə bir mesajdır. Belə ki, məmur qruplaşmasınını və biznesmenlərin qeyri-qanuni fəaliyyətlərinin, mənimsənilən vəsaitlərin hesabının verilməsi ortaya çıxacaq: “Bundan sonrakı davranışlarda biznesmenlərin daha ehtiyatlı hərəkət etməsinə gətirib çıxaracaq. O cümlədən də düşünürəm ki, bundan sonrakı dövrdə Beynəlxalq Bankın idarəedilməsində də ciddi dəyişikliklər baş verə bilər. Növbəti dövrlərdə ilk atılacaq addımlardan biri Beynəlxalq Bankın hazırki vəziyyətinin sağlamlaşdılrılması və daha sonra isə tədricən özəlləşdirməsi aparılmalıdır. Çünki, indiki halda bu bank özəlləşdirməyə təqdim etsək, çox dəyərsiz və ucuz şəkildə bazarda yerləşdirilə bilər. Bu isə doğru olmazdı. Əslində dövlət mülkiyyətinə səmərəsiz yanaşma olardı. Bankda olan qeyri-sağlam mühiti sağlamlaşdırandan, itirilmiş və gecikdirilmiş kreditləri bərpa edəndən sonra təbii ki, ilk iş bankın özəlləşdirilməsi olmalıdır. Nəzərə alsaq ki, Beynəlxalq Bank Azərbaycanda bank sektorunda ən böyük kapitala və kredit portfelinə malik olan bankdır. Bu bankın Azərbaycanın biznes sektoruna, iqtisadiyyatına təsirləri də eyni dərəcədə güclüdür. Ona görə də bu bankın fəaliyyətinin normallaşdırılması, növbəti dövrlərdə bankın Azərbaycan iqtisadiyyatındakı rolunu da artıra bilər. Kiçik kapital sıxıntısı yaşayan kiçik və orta biznesə də öz müsbət təsirlərini göstərə bilər.”
Məlum olduğu kimi həbs olunan biznesmenlər borclarını ödəmək üçün daşınmaz əmlaklarını da satışa çıxarıblar. Görəsən, bunun əmlak bazarındakı qiymətlərə təsiri gözlənilirmi? İqtisadçı hesab edir ki, bu, o qədər də geniş bir əhatə dairəsinə malik deyil. Hazırda bu qrupa daxil olan biznes adamlarının sayı da məhduddur:“Eyni zamanda onların da əmlak bazarına təqdim etdiyi əmlaklar daha çox lüks kateqoriyalı əmlaklardır. Ona görə də düşünmürəm ki, bu, Bakı şəhərində əmlak bazarına hansısa formada təsirini göstərsin.”

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın